ABŞ və İran 60 günlük yol xəritəsi üzərində razılaşdı
Dünya
İsveçrədə keçirilən ABŞ-İran danışıqlarında 60 gün ərzində yekun razılaşmanın əldə olunmasına dair yol xəritəsi razılaşdırılıb.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər həmçinin Hörmuz Boğazı üzrə əlaqə xətti yaradıblar və Livan da daxil olmaqla münaqişələrin tənzimlənməsi üçün işçi qrupunun yaradılması barədə razılığa gəliblər.
İran Xarici İşlər Nazirliyi artıq neft ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılması, dondurulmuş aktivlərin açılması və ölkənin bərpası planı barədə məlumat verib.
Görüş gərginliksiz keçməyib. ABŞ Prezidenti Donald Tramp danışıqlardan əvvəl İranı Tehrana çox güclü zərbə endiriləcəyi ilə hədələyib.
İran tərəfi isə bu cür bəyanatı qəbul etməyərək etiraz əlaməti olaraq danışıqlar meydanını tərk edib, lakin sonradan geri qayıdaraq müzakirələri davam etdirib.