ABŞ və İran anlaşmaya yaxınlaşdı? – Sensasion iddia
Dünya
ABŞ Prezidenti Donald Tramp və İranın ali dini lideri Ayətullah Əli Xameneinin oğlu Müctəba Xamenei iki ölkə arasında hazırlanmış çərçivə sazişini hələ yekun şəkildə təsdiqləməyiblər.
News24.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri adının açıqlanmasını istəməyən ABŞ rəsmisinə istinadən məlumat yayıb.
“Geniş çərçivə sazişi üzərində iş tamamlanıb. Lakin sənədin qüvvəyə minməsi üçün Donald Tramp və Müctəba Xameneinin yekun təsdiqi tələb olunur. Bu proses bir neçə gün çəkə bilər”, – deyə nəşr yazıb.
Fars körfəzi regionundan olan digər mənbə isə bildirib ki, bölgə liderləri Trampı regionda sabitliyin qorunması naminə atəşkəs təklifini qəbul etməyə çağırıblar.