ABŞ və İran arasında birbaşa danışıqların mümkün tarixi AÇIQLANDI
Dünya
ABŞ və İran nümayəndə heyətləri arasında birbaşa danışıqların aprelin 27-də İslamabadda keçirilməsi gözlənilir.
News24.az xəbər verir ki, ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşner əvvəlcə Pakistan vasitəçiləri ilə ayrı-ayrı görüşlər keçirəcək, bundan sonra İran tərəfi ilə üçtərəfli formatda görüşün təşkili müzakirə olunacaq.
Məlumata görə, İranın xarici işlər naziri Abbas Əraqçi həftə sonu Pakistan tərəfi ilə məsləhətləşmələr aparacaq. Bundan sonra ABŞ-la birbaşa təmasların vaxtı və formatı dəqiqləşdirilə bilər. (APA)