ABŞ və İran arasında memorandum İsveçrədə imzalacaq

ABŞ və İran arasında memorandum İsveçrədə imzalacaq Dünya

ABŞ-nin vitse-prezidenti Cey Di Vens və İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İsveçrədə Tehran və Vaşinqton arasında qarşılıqlı anlaşma memorandumunun imzalanması mərasimində iştirak edəcəklər.

News24.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəhbər müavini Məcid Təxt-Rəvançi məlumat verib.

ABŞ və İran arasında münaqişənin başa çatmasına dair tarixi memorandum iyunun 19-da İsveçrədə imzalanacaq.

Qeyd edək ki, Tehran və Vaşinqton bir gün əvvəl saziş mətninin hazırlanmasının uğurla başa çatdığını təsdiqləyiblər.

İran tərəfinin məlumatına görə, memorandum Livan ərazisi də daxil olmaqla bütün istiqamətlərdə hərbi əməliyyatların tam dayandırılmasını nəzərdə tutur.