ABŞ və Rusiya kosmos üzrə - İŞÇİ QRUPU YARADACAQ

ABŞ və Rusiya kosmos üzrə - İŞÇİ QRUPU YARADACAQ Dünya
Moskva və Vaşinqton kosmos üzrə işçi qrupu yaratmaq barədə razılığa gəliblər.

News24.az RİA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər naziri Sergey Ryabkov  bildirib. O qeyd edib ki, Rusiya tərəfi qarşıdakı həftələrdə təmasların gündəliyinə dair ABŞ-dan təkliflərə cavab gözləyir:"Praktik cəhətdən qrupun tərkibi hələ formalaşdırılmayıb. Gündəlik, yəni işin gedəcəyi mövzularla razılaşma mərhələsindəyik".