ABŞ və İsrail Xameneini tapmaq üçün məxfi əməliyyat hazırlayır
Dünya
ABŞ və İsrailin kəşfiyyat xidmətləri – Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və "Mossad" İranın yeni ali lideri Ayətullah Müctəba Xameneinin yerini müəyyən etmək üçün yüksək məxfilik şəraitində əməliyyat həyata keçirirlər.
News24.az xəbər verir ki, bu barədə "The Times" qəzeti məlumat yayıb.
Nəşrin iddiasına görə, əməliyyat artıq bir müddətdir davam edir. Bildirilir ki, kəşfiyyat xidmətlərinin əsas məqsədi Müctəba Xameneini fiziki olaraq zərərsizləşdirmək deyil.
Məlumata əsasən, MKİ və "Mossad" ilk növbədə onun sağ olub-olmadığını, hazırkı vəziyyətini və harada yerləşdiyini dəqiqləşdirməyə çalışırlar.