ABŞ vətəndaşlarını İrandan dərhal çıxmağa çağırdı

ABŞ vətəndaşlarını İrandan dərhal çıxmağa çağırdı Dünya

ABŞ hökuməti təhlükəsizlik riskləri səbəbilə İranda olan ABŞ vətəndaşlarını dərhal ölkəni tərk etməyə çağırıb.

News24.az xəbər verir ki, ABŞ-nin Tehrandakı Virtual Səfirliyi vətəndaşlara ABŞ hökumətinin köməyinə arxalanmadan çıxış planı hazırlamağı tövsiyə edib. İranı tərk etmək mümkün olmadığı halda təhlükəsiz yerlərə sığınmaq çağırışı edilib.

Açıqlamada xəbərdarlığın İranda davam edən etirazlar və artan gərginlik fonunda verildiyi bildirilib.