ABŞ Xəzər dənizində İranın qarşısını belə alacaq

ABŞ Xəzər dənizində İranın qarşısını belə alacaq Dünya

ABŞ İranın Xəzər dənizi və quru marşrutları vasitəsilə silah tədarükünün qarşısını almaq üçün əməliyyat qrupu yaradır.

News24.az xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, ABŞ-ın Mərkəzi Komandanlığının (CENTCOM) komandanı admiral Bred Kuper İranın müasir silah və digər materialların daşınması üçün quru marşrutlarından istifadə etməsinin qarşısını almaq məqsədilə ABŞ hökumətinin səylərini dəstəkləyəcək "Task Force Iron Gate" əməliyyat qrupunun yaradılması barədə sərəncam verib.

Yeni bölmə təxminən 20 hərbçi və mülki mütəxəssisdən ibarət olacaq və Florida ştatının Tampa şəhərində yerləşəcək.

Onun əsas vəzifəsi İranın quru sərhədləri və Xəzər dənizi vasitəsilə müasir silah sistemlərinin, ikili təyinatlı texnologiyaların, sanksiya tətbiq edilən materialların, eləcə də qanunsuz maliyyə axınlarının qarşısını almaq üçün ABŞ-ın digər qurumları ilə fəaliyyətləri koordinasiya etmək olacaq.