ABŞ-yə qarşı 3,7 milyard dollarlıq dələduzluq edən Hilmi saxlanıldı
Dünya
ABŞ-nin səhiyyə sığortası proqramı olan “Medicare” sistemini 3,7 milyard dollar məbləğində dələduzluq yolu ilə aldatmaqda təqsirli bilinən İbrahim Haldun Hilmi Türkiyədə saxlanılıb.
News24.az xəbər verir ki, bu barədə məlumatı ABŞ-nin Federal Təhqiqatlar Bürosunun (FBI) direktoru Kaş Patel açıqlayıb. Onun sözlərinə görə, Hilmi 2025-ci ilin may ayından etibarən axtarışda olub.
FBB-nin Mayami ofisinin məlumatına əsasən, Hilmi “xarici ölkədən təhvilvermə” proseduru çərçivəsində ABŞ-yə qaytarılıb və iyunun 19-da Florida ştatına çatdırılıb.
Patel “X” sosial şəbəkəsindəki paylaşımında bildirib ki, Hilmi Ağ Evin işçi qrupunun, FBB-nin Mayami ofisinin, ABŞ Ədliyyə Nazirliyinin və Türkiyə rəsmilərinin birgə əməliyyatı nəticəsində saxlanılıb.
O qeyd edib ki, işçi qrupuna ABŞ-nin vitse-prezidenti Cey Di Vens rəhbərlik edib.
Vens məsələ ilə bağlı açıqlamasında bu işi tarixin ən böyük “Medicare” dələduzluqlarından biri adlandırıb. /BBC/