"Green Card" almaq istəyənlərin diqqətinə - Qaydalar dəyişdi
Dünya
ABŞ hökuməti müvəqqəti viza ilə ölkədə yaşayan əcnəbilərlə bağlı yeni qayda tətbiq edib.
News24.az-ın məlumatına görə, ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidməti bildirib ki, istisna hallar xaricində, müvəqqəti viza ilə ABŞ-də yaşayan şəxslər daimi yaşayış icazəsi üçün müraciəti yalnız öz ölkələrindən etməlidirlər.
Yeni qaydalar tələbə, turist və müvəqqəti iş vizası ilə ölkədə olan şəxslərə şamil edilir.
Qurumun açıqlamasında qeyd olunub ki, bu addım sistemdəki boşluqlardan istifadənin və müraciəti rədd edilən şəxslərin ölkədə qanunsuz qalmasının qarşısını almaq məqsədi daşıyır.
Bildirilib ki, müvəqqəti vizalar yalnız qısa müddətli səfərlər üçün nəzərdə tutulub və bu səfərlər daimi yaşayış prosesinin başlanğıcı hesab edilməməlidir.