ABŞ-dən Türkiyəyə - DƏSTƏK
Dünya
"Birləşmiş Ştatlar Ankarada Türkiyənin Daxili İşlər Nazirliyinə bu gün törədilən hücumu pisləyir".
News24.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinkenin X sosial şəbəkəsində dərc olunmuş bəyanatında qeyd edilib..
"Zərərçəkənlərin tezliklə sağalmasını arzulayırıq", - bəyanatda deyilir.
Blinken əmin edib ki, Birləşmiş Ştatlar “bütün formalarda terroru rədd edir” və NATO tərəfdaşı olan Türkiyə ilə həmrəylik ifadə edir.