ABŞ İranla əlaqəyə görə onları cəzalandırdı

ABŞ İranla əlaqəyə görə onları cəzalandırdı Dünya

ABŞ İrana ballistik raket və pilotsuz aparat proqramlarını dəstəkləyən şəxslər və şirkətlərə qarşı sanksiyalar tətbiq edib.

News24.az xəbər verir ki, Xarici Aktivlərin Nəzarəti İdarəsi (OFAC) 32 fiziki və hüquqi şəxsi hədəfə alıb. Onlar İrandakı ballistik raket və pilotsuz aparat istehsalı üçün komponentlərin alınmasında iştirak ediblər. Sanksiyalara İrandan başqa BƏƏ, Çin, Honq-Konq, Hindistan, Almaniya və Ukraynaya məxsus şirkətlər və vətəndaşlar daxildir.

"İran maliyyə sistemlərini istifadə edərək vəsaitləri yuyur, nüvə və adi silahların komponentlərini alır. Trampın göstərişi ilə biz İrana maksimum təzyiq göstəririk və gözləyirik ki, beynəlxalq ictimaiyyət BMT-nin sanksiyalarını tam icra edərək ölkəni qlobal maliyyə sisteminə çıxışdan məhrum etsin", –ABŞ maliyyə nazirinin müavini Con K. Herli bildirib.