ABŞ təhlükəsizliyi təhdiddə? – Ağ Evdən Çinlə bağlı yeni iddia

ABŞ təhlükəsizliyi təhdiddə? – Ağ Evdən Çinlə bağlı yeni iddia Dünya

Vaşinqton Çinə məxsus “Alibaba” şirkətini ABŞ hədəflərinə qarşı həyata keçirilən Çin hərbi əməlliyyatlarına tenxoloji dəstək verməkdə ittiham edib.

News24.az xəbər verir ki, bu barədə “Financial Times” Ağ Evin hazırladığı xüsusi milli təhlükəsizlik sənədinə istinadən məlumat yayıb.

Həmin sənəddə Çin Xalq Azadlıq Ordusuna “Alibaba” tərəfindən təqdim edildiyi iddia olunan və ABŞ təhlükəsizliyinə təhdid sayılan imkanlarla bağlı məxfi kəşfiyyat materiallarının aşkara çıxarıldığı bildirilir.

Nəşr yazır ki, sənəddə konkret olaraq hansı imkanlar və ya əməliyyatların nəzərdə tutulduğu açıqlanmır və ABŞ tərəfinin hər hansı cavab tədbiri planlaşdırıb-planlaşdırmadığı da məlum deyil.

Xəbərin ardından ABŞ-də ticarət olunan “Alibaba” səhmləri 4,2 faiz ucuzlaşıb. Şirkət açıqlama yayaraq ittihamları “tamamilə yalan” adlandırıb:

“Bu iddialar və eyhamlar əsassızdır. FT-nin özü də etiraf edir ki, anonim sızmanı təsdiqləyə bilmir. Bu, prezident Trampın Çinlə bağladığı son ticarət razılaşmasını gözdən salmağa hesablanmış ziyanverici PR kampaniyasıdır”, – açıqlamada deyilir.