ABŞ Venesuelaya zərbə endirməyə hazırlaşır?

ABŞ Venesuelaya zərbə endirməyə hazırlaşır? Dünya

Pentaqon ABŞ Prezidenti Donald Trampa Venesuelaya qarşı mümkün hərbi əməliyyat planlarını təqdim edib.

News24.az xəbər verir ki, “CBS” telekanalının məlumatına görə, bu planlara Venesueladakı hədəflərə zərbələrin endirilməsi də daxildir.

Hazırda bu əməliyyatlarla bağlı ətraflı məlumat açıqlanmır. ABŞ Müdafiə Nazirliyinin nümayəndələri bildiriblər ki, məsələ ilə bağlı hələlik heç bir yekun qərar qəbul edilməyib.

Mənbələrin məlumatına görə, planlar yaxın günlərdə təsdiqlənə bilər.