ABŞ-da DƏHŞƏTLİ ZƏLZƏLƏ: Alyaska silkələndi
Dünya
ABŞ-ın Alyaska ştatının sahillərində 5.5 bal gücündə zəlzələ baş verib.
News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Yeraltı təkanların episentri təxminən 32.7 min nəfər əhalisi olan Juno şəhərindən 177 km şərqdə qeydə alınıb.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.