ABŞ-də 6,4 bal gücündə zəlzələ oldu - 55 min ev işıqsız qaldı

ABŞ-də 6,4 bal gücündə zəlzələ oldu - 55 min ev işıqsız qaldı Dünya
ABŞ-ın Kaliforniya ştatında 6,4 bal gücündə zəlzələ baş verib. 

News24.az xəbər verir ki, ABŞ Geoloji Xidməti zəlzələnin yerli vaxtla saat 02:34-də San-Fransiskodan 343 kilometr şimal-şərqdə yerləşən Ferndale bölgəsində olduğunu açıqlayıb.

Zəlzələ nəticəsində elektrik xətləri zədələndiyi üçün təxminən 55 min ev işıqsız qalıb.