ABŞ İrana qarşı sanksiyaları - DAYANDIRDI
Dünya
Ağ Evin mətbuat katibi Kerolayn Levit ABŞ Milli Təhlükəsizlik Şurası, Maliyyə Nazirliyi və Dövlət Departamentinin yüksək vəzifəli rəsmilərini İrana qarşı sanksiyaların tətbiqi ilə bağlı bütün işlərin dayandırılması barədə məlumatlandırıb.
News24.az xəbər verir ki, bu barədə The Wall Street Journal Ağ Evin yaxınlığındakı mənbəyə istinadən xəbər verir.
Agentliyin həmsöhbətinin sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın İrana qarşı “maksimum təzyiq” siyasəti dalana dirənib. Dövlət başçısı bu strategiyanı birinci prezidentlik dövründə (2017–2021-ci illərdə) və 2025-ci ilin yanvarında yenidən Ağ Evə qayıtdıqdan sonra tətbiq edib.
Xatırladaq ki, Vaşinqton sonuncu dəfə 2025-ci ilin may ayının ortalarında, nüvə proqramı ilə bağlı davam edən danışıqlar fonunda İrana qarşı sanksiyaların genişləndirildiyini elan edib.
Məryəm İlhamqızı