ABŞ koronavirusa görə ventilyator - İSTEHSAL EDƏCƏK

ABŞ koronavirusa görə ventilyator - İSTEHSAL EDƏCƏK Dünya
Amerikanın "Ford Motor" şirkəti "General Electric" (GE) ilə birlikdə 100 gün ərzində 50 min ədəd ağ ciyər üçün süni havalandırma qurğusu (IVL) istehsal etməyi planlaşdırır. 

News24.az TASS-a istinadən xəbər verir ki, "Ford" aprelin 20-də havalandırma qurğularının istehsalına başlamağı planlaşdırır. 

Ehtiyac olduğu halda Miçiqan ştatında ayda 30 min belə cihaz istehsal etmək mümkün olacaq.