ABŞ müdafiə sistemi ilk dəfə “Oreshnik” tipli ballistik raketi tutdu

ABŞ müdafiə sistemi ilk dəfə “Oreshnik” tipli ballistik raketi tutdu Dünya

Amerikanın THAAD (Terminal High Altitude Area Defense) raketdən müdafiə sistemi on altı ildə ilk dəfə ballistik raketin tutulmasını uğurla həyata keçirib.

News24.az musavat.com-a istinadla xəbər verir ki, bu barədə Military Observer Telegram kanalı məlumat yayıb.

Kanalın məlumatına görə, sistem Ənsar Allah hərəkatı (husilər) tərəfindən İsrailə atılan raketi havada ələ keçirib.

Bundan əvvəl Amerikanın “The National Interest” nəşrinin köşə yazarı Brandon Weichert ehtimal irəli sürmüşdü ki, THAAD ABŞ arsenalında Rusiyanın “Oreshnik” orta mənzilli ballistik raketi kimi hipersəs hədəflərini tuta bilən yeganə sistemdir.