ABŞ Ukraynanın Rusiyaya ərazi güzəştlərini müzakirə edir

ABŞ Ukraynanın Rusiyaya ərazi güzəştlərini müzakirə edir Dünya

ABŞ və Avropa İttifaqı Ukrayna ilə Rusiya arasında danışıqların mümkünlüyü və ərazi güzəştləri məsələsini ayrıca müzakirə edir.

News24.az xəbər verir ki, bu barədə Qərb rəsmilərinə istinadla “NBC” telekanalı məlumat yayıb.

Nəşrin məlumatına görə, ilk belə görüş hələ oktyabr ayında baş tutub.

Müttəfiqlər müharibənin dalana dirənməsindən və Ukraynadan fərqli olaraq Rusiyanın güc ehtiyatlarının “sonsuz görünməsindən” narahatdırlar. 

Rəsmilər deyirlər ki, Ukrayna ilin sonuna qədər sülh danışıqları üçün daha aydın və açıq çağırışlar etməli.

Rusiya Federasiyası ilə danışıqlara qarşı çıxan Zelenskinin mövqeyinə gəlincə, “stimulyator” olaraq, NATO “müttəfiqliyə rəsmi şəkildə qoşulmadan belə müəyyən təhlükəsizlik təminatları” təklif edə bilər ki, ukraynalılar Rusiyanın bir daha işğal etməyəcəyinə əmin olsunlar.

Digər sual isə Moskvanın indiki şəraitdə hətta ərazi güzəştləri formasında olsa belə, Qərbin təkliflərinə razı olub-olmayacağıdır. Ümumiyyətlə, Moskvanın problemi onsuz da çox böyük olan Rusiyaya bəzi kiçik ərazilər əlavə etmək deyil, NATO-nu Ukraynadan çıxarmaqdır.

Ayşən