Açıq havada işləməyə müvəqqəti qadağa qoyuldu - Bu ölkədə
Dünya
Şimali Kipr Türk Respublikasında yüksək hava temperaturu ilə əlaqədar açıq havada işləməklə bağlı 10 günlük qadağa tətbiq edilib.
News24.az xəbər verir ki, ŞKTR Əmək və Sosial Təminat Nazirliyinin qərarına əsasən, 5–15 avqust tarixlərində hər gün saat 12:00-dan 16:00-dək açıq havada və birbaşa günəş altında işləmək yasaqlanıb.
Bildirilib ki, qərar isti vurması və susuzlaşma riskinin qarşısını almaq məqsədilə qəbul edilib.
Nazirlik həmçinin qeyd edib ki, yaşayış məntəqələrindən kənarda fəaliyyət göstərən kənd təsərrüfatı və tikinti sahələrində işəgötürənlər iş saatlarını daha erkən vaxta keçirə bilərlər.