Acunu məhkəməyə verdi - 100 milyon dollar tələb edir
Dünya
Dominikan Respublikasında "Survivor" çəkilişi zamanı tur gəmisinin pərvanəsinə ilişərək ayağını itirən yunan iştirakçı Stavros Floros məhkəmə iddiası qaldırıb.
News24.az xəbər verir ki, o, Acun Ilıcalı da daxil olmaqla bir neçə tərəfə qarşı 100 milyon dollarlıq təzminat iddiası qaldırıb.
ABŞ-də müalicə alan Stavros Floros "Survivor Greece" yarışmasının çempionu elan edilib. Gənc oğlanın 250.000 avro mükafat alacağı elan edilib. (Unikal)