Ad günü məclisindən sonra faciə: Ölənlər var

Ad günü məclisindən sonra faciə: Ölənlər var Dünya

Özbəkistanın Xorazm vilayətinin Baqat rayonunda bir qadın və onun üç azyaşlı övladı həyatını itirib.

News24.az xəbər verir ki, ilkin məlumata görə, faciəyə ad günü məclisindən qalan yeməklərin yeyilməsi səbəb olub.

Baş Prokurorluğun məlumatına əsasən, hadisə ilə bağlı cinayət işi başlanıb. Fakt Özbəkistan Cinayət Məcəlləsinin təhlükəsizlik tələblərinə cavab verməyən məhsulların istehsalı və satışı, eləcə də müvafiq iş və xidmətlərin göstərilməsi ilə bağlı məsuliyyəti nəzərdə tutan maddəsi üzrə araşdırılır.

İstintaq tədbirlərinə regional Fövqəladə Hallar İdarəsinin, Sanitariya-Epidemioloji Rifah və İctimai Səhiyyə Xidmətinin, eləcə də səhiyyə orqanlarının mütəxəssisləri cəlb olunublar.