Ad günündə həyat yoldaşını bıçaqladı - Saxlanıldı

Ad günündə həyat yoldaşını bıçaqladı - Saxlanıldı Dünya

Rusiyada ailədaxili mübahisə zamanı qadın həyat yoldaşını bıçaqlayıb.

News24.az xəbər verir ki, hadisə sentyabrın 30-da Tovarişçeski küçəsində baş verib. Məlumata görə, qadının ad günü münasibətilə evdə məclis təşkil olunub. Cütlüyün spirtli içki qəbul etdiyi və bir müddət sonra aralarında mübahisə yarandığı bildirilir.

Mübahisə qısa müddətdə münaqişəyə dönüb. Qadın 57 yaşlı həyat yoldaşına mətbəx bışağı ilə xəsarət yetirib.

Hadisə zamanı evdən gələn qışqırıq səslərini eşidən kişinin anası kömək üçün digər bina sakinlərini çağırıb. Yaralı kişi xəstəxanaya yerləşdirilib, qadın isə polis tərəfindən saxlanılıb.

Bildirilir ki, bu, cütlük arasında baş verən ilk mübahisə olmayıb. Lakin onlar əvvəlki ailə münaqişələrini hüquq-mühafizə orqanlarına bildirməyiblər. Məlumata görə, cütlük hüquq-mühafizə orqanlarında çalışan yetkin qızlarına problem yaratmamaq üçün ailədaxili məsələlərin polisə çatdırılmasından çəkinib.

Hadisə ilə bağlı araşdırma aparılır.