Afra Saraçoğlu aeroportda saxlanıldı
Dünya
Türkiyəli aktrisa Afra Saraçoğlu barəsində aparılan narkotik istintaqı çərçivəsində hava limanında saxlanılıb.
News24.az xəbər verir ki, Bakırköy Respublika Baş Prokurorluğunun apardığı araşdırma çərçivəsində aktrisa barəsində saxlanılma qərarı verilib.
Qərarın qəbul edildiyi vaxt əvvəlcədən planlaşdırılan iş səfəri ilə xaricdə olan Saraçoğlu məsələ barədə mətbuatdan məlumat aldığını bildirib.
Aktrisa Türkiyəyə qayıtdıqdan sonra hava limanında polis tərəfindən saxlanılıb. Onun istintaq çərçivəsində ifadəsinin alınacağı gözlənilir.
Saraçoğlu daha əvvəl Türkiyəyə qayıdaraq istintaq çərçivəsində açıqlama verəcəyini bildirmişdi.