Afranın analizində kokain aşkarlandı – Arasın nəticəsi neqativdir

Afranın analizində kokain aşkarlandı – Arasın nəticəsi neqativdir Dünya

Türkiyəli aktrisa Afra Saraçoğlu və aktyor Aras Bulut İynemlinin narkotik testlərinin nəticəsi açıqlanıb.

News24.az xəbər verir ki, Bakırköy Respublika Baş Prokurorluğunun məşhurlara qarşı apardığı narkotik istintaqı çərçivəsində Saraçoğlunun saç nümunəsində kokain aşkarlanıb. Aras Bulut İynemlinin analizinin isə neqativ olduğu bildirilib.

İstintaq çərçivəsində Hasan Şaşın qan və sidik nümunələrində kokain, saç nümunəsində isə kokain və kodein aşkar edilib. Yağız Sabuncuoğlunun test nəticəsi isə neqativ çıxıb.

Afra Saraçoğlu sentyabrın 21-də Fransadan qayıdarkən İstanbul Hava Limanında saxlanılmış, tibbi ekspertiza və prokurorluqdakı prosedurlardan sonra sərbəst buraxılmışdı. Aras Bulut İynemli isə nümunələri götürüldükdən sonra azadlığa buraxılmışdı. (Yeni Sabah)