Ağ Evdə gərgin anlar: Tramp İrana dair sualdan yayındı
Dünya
ABŞ Prezidenti Donald Tramp İrana qarşı mümkün zərbələrin hərbi cinayət hesab olunub-olunmaması ilə bağlı suala cavab verməkdən imtina edib.
News24.az xəbər verir ki, Ağ Evdə keçirilən tədbir zamanı jurnalistlərdən biri ABŞ liderindən Vaşinqtonun Tehrana qarşı vaxtaşırı gündəmə gətirilən mümkün zərbələrinin hərbi cinayət sayılıb-sayılmadığı soruşub.
"Buna cavab verməyəcəyəm", – deyə Tramp bildirib.
Daha sonra o, sualı verən jurnalistin hansı media qurumunu təmsil etdiyini soruşub. Jurnalist "The New York Times" qəzetində çalışdığını dedikdə isə Tramp "Uğursuz "The New York Times" ifadəsini işlədib.