Ağ Evin adamı “düşmən” ölkəyə gedir - Tramp narahatlığı
Dünya
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan gələn həftə Çinə səfər edəcək.
News24.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.
C.Sallivan səfər çərçivəsində Çinin xarici işlər naziri Van Yi ilə görüşəcək. Tərəflər Pekində ABŞ Prezidenti Co Baydenlə çinli həmkarı Si Szinpin arasında ilin sonunda görüşün keçirilməsi məsələsini müzakirə edəcəklər.
Qeyd edək ki, ABŞ-Çin rəqabəti kəskin forma almağa başlayır. Vaşinqton Pekin ətrafında müxtəlif ittifaqlar yaratdıqdan sonra Sakit Okeandakı bazalarında müəyyən dəyişikliklərə start verib.
Eyni zamanda Ağ Ev rəsmiləri Tayvan rəsmiləri ilə də gizli görüşlər keçiriblər.
Məlumata görə, Donald Trampın ABŞ-da yenidən hakimiyyətə gəlmə ehtimalı Çini narahat edir. Pekin onun gəlişi ilə Çinə qarşı embarqoların gücləndirilməsi ehtimalından narahatdır.