Ağcaqanadlarla yayılan virus bu ölkəni təşvişə saldı

Ağcaqanadlarla yayılan virus bu ölkəni təşvişə saldı Dünya

Yunanıstanda ağcaqanadlarla yayılan Qərbi Nil virusuna yoluxma hallarının sürətlə artması ölkədə narahatlıq yaradıb.

News24.az xəbər verir ki, səhiyyə rəsmiləri mövcud tendensiyanın davam edəcəyi təqdirdə 2026-cı ilin son illərin ən çətin dövrlərindən biri ola biləcəyi barədə xəbərdarlıq ediblər.

Yunanıstan Milli İctimai Səhiyyə Təşkilatının məlumatına görə, 12 avqustadək ölkədə 110 Qərbi Nil virusu hadisəsi qeydə alınıb. Yoluxanların 81-də mərkəzi sinir sistemi ilə bağlı əlamətlər müşahidə olunub, 29 nəfər isə xəstəliyi daha yüngül simptomlarla keçirib.

Virusa yoluxmalar Attika, Tesaliya, Mərkəzi Makedoniya və Peloponnes bölgələrində yerləşən 39 bələdiyyədə qeydə alınıb.

Ən intensiv yayılma isə paytaxt Afinanı da əhatə edən Attika bölgəsindədir.

Mütəxəssislər virusun yayılmasına temperatur, yağıntılar, ağcaqanadların sayı və quşların miqrasiya yolları kimi bir sıra amillərin təsir etdiyini bildirirlər.

Əhaliyə ağcaqanadlardan qorunmaq üçün repellentlərdən istifadə etməyi, pəncərələrə tor çəkməyi, ağcaqanad torlarından yararlanmağı, xüsusilə axşam saatlarında uzunqollu geyimlər geyinməyi, həyətdə və ya yaşayış ərazisində durğun su yığıntılarını aradan qaldırmağı tövsiyə edib.