Ağıllı cihazlar səs və görüntünüzü yad şəxslərə ötürə bilər - XƏBƏRDARLIQ
Dünya
Ağıllı məişət cihazlarının sahibləri bu texnologiyalardan istifadə ilə bağlı təhlükələri unutmamalıdırlar. Şəxsi məlumatların, eləcə də cihazlar tərəfindən qeydə alınan video və audio görüntülərin kibercinayətkarların əlinə keçməsi riski var.
News24.az xəbər verir ki, bu barədə İT mütəxəssislər xəbərdarlıq edib.
Onun sözlərinə görə, söhbət istifadəçilərin hətta qeydiyyat zamanı daxil etdikləri məlumatlar da daxil olmaqla, böyük həcmdə informasiyadan gedir.
Ekspert bildirib ki, ağıllı cihazlar video görüntüləri, sensor məlumatlarını və səs yazılarını müxtəlif istiqamətlərə ötürə bilər.
Bu məlumatlar müxtəlif üsullarla ələ keçirilərək satıla bilər. Ən yaxşı halda isə reklam şirkətləri həmin informasiyadan hədəfli reklamların hazırlanmasında istifadə edirlər.
Təhlükələrin qarşısını almaq üçün istifadə edilməyən funksiyaların mümkün qədər söndürülməsini və cihazların kameralarının örtülməsi tövsiyə edilir.