Şagirdinə qarşı əxlaqsız hərəkət edən müəllim həbs edildi

Şagirdinə qarşı əxlaqsız hərəkət edən müəllim həbs edildi Dünya

ABŞ-nin Missisipi ştatında "İlin müəllimi" seçilmiş Olivia Marie Smith şagirdə qarşı cinsi zorakılıq ittihamı ilə həbs olunub.

News24.az xəbər verir ki, araşdırma anonim şikayətdən sonra başlayıb. Müəllim yetkinlik yaşına çatmayan şagirdini cinsi münasibətə sövq etməkdə ittiham olunur.

Məktəb rəhbərliyi hadisəyə ciddi yanaşıldığını bildirib. Faktla bağlı istintaq davam edir./New York Post/