Şagirdinə qarşı əxlaqsız hərəkət edən müəllimə 200 illik həbs

Şagirdinə qarşı əxlaqsız hərəkət edən müəllimə 200 illik həbs Dünya

ABŞ-də qadın müəllim 13 yaşlı şagirdinə qarşı dəfələrlə cinsi zorakılıq törətməkdə və uşaq pornoqrafiyası çəkməkdə ittiham olunub.

News24.az xəbər verir ki, bu barədə "New York Post" qəzeti məlumat yayıb.

Nyu-Cersi ştatından olan 36 yaşlı müəllim Eşli Fisler mart ayında saxlanılıb.

Şagirdinin sözlərinə görə, müəlliməsi 2020-ci ildə, 12 yaşı olarkən ona qarşı əxlaqsızlar edib. Bu münasibət bir il davam edib.

Pedofil müəlliməyə ilkin olaraq yetkinlik yaşına çatmayanı zorlama, həmçinin uşaqlarla qəddar rəftar və vəzifə cinayəti maddələri üzrə altı ittiham irəli sürülüb.

İyun ayında müstəntiqlər yeni ittihamlar əlavə ediblər. Qadın zərərçəkmişin iştirakı ilə uşaq pornoqrafiyası hazırlamaqda və saxlamaqda şübhəli bilinir.

Təqsirləndirilən şəxsi 200 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.