Şagirdinə qeyri-etik videolar göstərdi və... - ABŞ-də şok
Dünya
ABŞ-nin Viskonsində ştatında 31 yaşlı müəllim şagirdə cinsi təcavüz ittihamı ilə həbs edilib.
News24.az xəbər verir ki, Menashadan olan Keisha Stewart 26 mayda həbs edilib. Müstəntiqlərin sözlərinə görə, qadın lisey şagirdinə pornoqrafik film göstərib və sonra onu zorlayıb. İstintaq naminə qurbanın dəqiq yaşı gizli saxlanılır.
Müəllimə yetkinlik yaşına çatmayan şəxsə ədəbsiz materiallar nümayiş etdirməkdə, cinsi istismarda və təcavüzdə ittiham olunub. Məhkəmə ona 40.000 dollar girov pulu təyin edib və uzunmüddətli həbs cəzası kəsib.