"Ahbap" istintaqında yeni əməliyyat: 13 nəfər saxlanıldı

"Ahbap" istintaqında yeni əməliyyat: 13 nəfər saxlanıldı Dünya

İstanbul Baş Prokurorluğu "Ahbap" cinayət işi üzrə aparılan istintaq çərçivəsində keçirilən dördüncü əməliyyat zamanı 13 şübhəlinin saxlanıldığını açıqlayıb.

News24.az xəbər verir ki, prokurorluğun məlumatına görə, əməliyyat İstanbul Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilib. Saxlanılanlar arasında jurnalist Uğur Dündar, müğənni və rejissor Mahsun Kırmızıgül, müğənni və aktrisa Gülben Ergen, aktrisa Elçin Sangu və rok musiqiçisi Hayko Çepkin də istintaq çərçivəsində ifadə verəcəklər.

Prokurorluqdan bildirib ki, istintaq üzrə ümumilikdə 112 şübhəli şəxs barəsində hüquqi tədbirlər görülür.