Şahzadə Harri Rusiya ilə müharibəyə hazır olduğunu açıqladı

Şahzadə Harri Rusiya ilə müharibəyə hazır olduğunu açıqladı Dünya

Böyük Britaniya şahzadəsi Harri Rusiya ilə mümkün müharibə zamanı ölkəsinin ordusunda xidmət etməyə hazır olduğunu açıqlayıb.

Bizim.Media xəbər verir ki, Sasseks hersoqu bu barədə Lvovda verdiyi müsahibədə danışıb.

Onun sözlərinə görə, Avropa Rusiyaya qarşı mümkün münaqişəyə hazırlaşmalıdır.


Qeyd edək ki, şahzadə Harri Britaniya ordusunda 10 il xidmət edib. O, iki dəfə Əfqanıstanda hərbi xidmətdə olub və döyüş helikopteri “Apache”nin pilotu kimi fəaliyyət göstərib.