Şahzadənin ögey oğlu həbs edildi

Şahzadənin ögey oğlu həbs edildi Dünya

Norveç vəliəhd şahzadəsinin ögey oğlu Marius Borq Höybi 4 il müddətinə azadlıqdan məhrum edilib.

News24.az xəbər verir ki, bu barədə “Reuters” Oslo məhkəməsinə istinadən məlumat yayıb.

Məlumata görə, Höybi iki epizod üzrə - təcavüzdə və digər cinayətlərdə təqsirli bilinib.

O, təcavüz də daxil olmaqla ən ağır ittihamları qəbul etməyib.

Qeyd edək ki, Kral ailəsinin üzvü ilə bağlı cinayət işi 2024-cü ildə başlanıb və istintaq zamanı yeni epizodlarla genişlənib.

Höybi seksual zorakılıq ittihamlarını rədd etsə də, istintaq zamanı narkotik vasitələrin təsiri altında zərərçəkənlərdən birinə qarşı fiziki zorakılıq tətbiq etdiyini etiraf edib.

Marius Borq Höybi 2001-ci ildə anası Mette-Marit vəliəhd şahzadə Haakon ilə evləndikdən sonra Norveç kral ailəsinin üzvünə çevrilib.