Aİ bu ölkələrə "yaşıl işıq" yandırdı
Dünya
Avropa İttifaqı 2030-cu ilə qədər yeni üzvləri qəbul edə bilər.
News24.az “Reuters”ə istinadla xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas məlumat verib.
“İttifaqı genişləndirmək bizim maraqlarımıza uyğundur”, – o bildirib.
Həmçinin, Aİ-yə üzv olmaq istəyən ölkələrin illik irəliləyiş hesabatını təqdim edib.
“Aİ-yə üzv olmaq ədalətli və çətin proses olaraq qalır. Amma yeni ölkələrin 2030-cu ilə qədər Avropa İttifaqına qoşulması realdır”, – Kallas vurğulayıb.
Aİ-nin Genişlənmə üzrə komissarı Marta Kos isə Monteneqronu üzvlük yolunda ən irəlidə olan namizəd ölkə adlandırıb. O, Albaniyanın misilsiz irəliləyiş göstərdiyini qeyd edib. Moldovanın isə Ukrayna ilə sərhəddə yerləşməsinə baxmayaraq, sürətli templə irəlilədiyi bildirilib.