Aİ Ermənistan məhsullarına ikiillik ticarət güzəştləri tətbiq edəcək
Dünya
Avropa İttifaqı (Aİ) oktyabrın 10-dan Ermənistanın kənd təsərrüfatı və alkoqollu məhsullarının Aİ bazarına ixracına iki il müddətinə ticarət güzəştləri tətbiq edəcək.
News24.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının məlumatında bildirilib.
Güzəştlər Ermənistanın Aİ-yə kənd təsərrüfatı məhsulları ixracının təxminən 80 faizini əhatə edəcək. Bu məhsullar sırasında təzə meyvə-tərəvəz və güllər də var. İçkilər və alkoqollu məhsullar üzrə ixracın isə 91 faizdən çoxu güzəştli rejimə daxil olacaq.
Yeni ticarət rejimi müəyyən şərtlərlə tətbiq ediləcək. Ermənistan məhsullarının idxalı Avropa istehsalçılarına mənfi təsir göstərərsə, Aİ daxili bazarın qorunması üçün müdafiə tədbirləri görə biləcək.
Bu çərçivədə müəyyən məhsullar üzrə kvotalar nəzərdə tutulur. Kvota həddinə çatdıqda həmin məhsulların idxalına mərhələli şəkildə gömrük rüsumları tətbiq ediləcək.