Aİ "Google"u 900 milyona yaxın CƏRİMƏLƏDİ

Aİ "Google"u 900 milyona yaxın CƏRİMƏLƏDİ Dünya

Avropa Komissiyası "Google" şirkətini Rəqəmsal Bazarlar Aktını iki istiqamətdə pozduğuna görə 890 milyon avro cərimələyib.

News24.az xəbər verir ki, şirkət axtarış nəticələrində öz xidmətlərinə üstünlük vermək və "Google Play" üzərindən tətbiq tərtibatçılarının istifadəçiləri alternativ alış kanallarına yönləndirməsinə mane olmaqda ittiham olunur.

Avropa Komissiyası "Google"dan bu pozuntuları 60 gün ərzində aradan qaldırmağı tələb edib. Əks halda şirkət qlobal illik dövriyyəsinin 5 faizinə qədər gündəlik cərimə ilə üzləşə bilər.