Aİ-nin enerji xərcləri 100 milyard avro artdı
Dünya
Avropa İttifaqı (Aİ) bu il eyni həcmdə neft və təbii qaz üçün 100 milyard avrodan çox əlavə ödəniş edib.
News24.az xəbər verir ki, bunu Aİ-nin enerji üzrə komissarı Dan Yorgensen Dublində keçirilən Aİ enerji nazirlərinin görüşü öncəsi açıqlamasında bildirib.
Onun sözlərinə görə, enerji qiymətlərinin artması Aİ vətəndaşlarına və sənayeyə ciddi təsir göstərir.
Yorgensen Aİ-nin idxal olunan qazıntı yanacaqlarından asılılığını azaltmalı olduğunu deyib. O bildirib ki, idxal olunan yanacaq yerli enerji mənbələri ilə əvəzlənməlidir.
Komissar ABŞ-nin dizel ixracını məhdudlaşdırmaq planına da münasibət bildirib. O, enerjinin sərbəst axınının qarşısının alınmasının tərəflərin maraqlarına uyğun olmadığını deyib.