Aİ Rusiya diplomatlarına məhdudiyyət tətbiq edə bilər
Dünya
Avropa İttifaqı Rusiya diplomatlarının fəaliyyətinə əlavə məhdudiyyətlər tətbiq etməyi nəzərdən keçirir.
News24.az xəbər verir ki, “Euronews”un məlumatına görə, müzakirə olunan tədbirlər Rusiya diplomatlarının Aİ ölkələri arasında səfərlərinə və tranzit keçidlərinə nəzarətin gücləndirilməsini nəzərdə tutur.
Təklifə əsasən, Rusiya diplomatlarından tranzit üçün əvvəlcədən müraciət etmələri tələb oluna bilər. Müraciət rədd edilərsə, onların Aİ sərhədini keçməsinə icazə verilməyəcək.
Hazırda belə prosedur könüllü xarakter daşıyır və yalnız iki Aİ ölkəsində tətbiq olunur. Müzakirələrin ilkin mərhələdə olduğu bildirilir.
Brüsseldə müzakirələrin diplomatların hüquq və təminatlarını müəyyən edən Vyana Konvensiyası ilə uyğunlaşdırılması da nəzərdən keçirilir.