Aİ Rusiyaya qarşı 1600 yeni sanksiya tətbiq etdi

Aİ Rusiyaya qarşı 1600 yeni sanksiya tətbiq etdi Dünya

Avropa İttifaqı (Aİ) Rusiyanın hərbi-sənaye kompleksini hədəf alan təxminən 1600 yeni sanksiya tətbiq edib.

News24.az-ın məlumatına görə, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, bu, Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasından bəri sanksiya siyahısının ən böyük genişləndirilməsidir.

Kallasın sözlərinə görə, yeni sanksiyaların yarıdan çoxu ballistik raketlərin istehsalı ilə əlaqəli şəxsləri və qurumları əhatə edir.

O qeyd edib ki, tədbirlər Rusiyanın Ukraynaya qarşı istifadə etdiyi silahların istehsalını çətinləşdirəcək və bahalaşdıracaq.