Aİ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək
Dünya
Avropa İttifaqı Rusiyaya qarşı sanksiya siyahısına 137 fiziki və hüquqi şəxsi əlavə etməyi planlaşdırır.
News24.az xəbər verir ki, bu barədə “EUobserver” nəşri daxili sənədlərə istinadən məlumat yayıb.
Məlumata görə, sanksiyalar çərçivəsində həmin şəxslərə viza qadağası tətbiq olunacaq, təşkilat və şəxslərin aktivləri dondurulacaq.
Qeyd edək ki, bu tədbirlər Rusiyaya qarşı hazırlanmaqda olan 22-ci sanksiya paketindən ayrıdır. Yeni məhdudiyyətlərin Rusiya maliyyə sistemi, “kölgə donanması” və dezinformasiya fəaliyyətləri ilə əlaqəli şəxsləri və qurumları hədəf aldığı bildirilir.