Aİ Ukraynaya 1,24 milyard avro ayırdı

Aİ Ukraynaya 1,24 milyard avro ayırdı Dünya

Avropa İttifaqı Ukraynaya dron, raket, sursat və anti-dron sistemlərinin alınması üçün 1,24 milyard avro ayırıb.

News24.az xəbər verir ki, Avropa Komissiyası bu vəsaitin Ukraynaya 90 milyard avroluq dəstək krediti çərçivəsində ödənildiyini açıqlayıb.

Maliyyələşdirmə Ukrayna şirkətlərinin istehsal etdiyi dronları, anti-dron sistemlərini, dron sursatlarını və raketləri əhatə edir.

2026-2027-ci illərdə Ukraynaya veriləcək 90 milyard avroluq kreditin 60 milyard avrosunun müdafiəyə, 30 milyard avrosunun isə büdcə dəstəyinə ayrılması nəzərdə tutulur.

Bu il Ukraynanın müdafiə sənayesinin dəstəklənməsi üçün ümumilikdə 28,3 milyard avro ödənilməsi planlaşdırılır.