Ailənin ölümü ilə bağlı yeni detallar: iki nəfər həbs edildi
Dünya
İstanbulun Fatih rayonunda bir hoteldə qalan Böcek ailəsinin ölümü ilə bağlı İstanbul Cümhuriyyət Baş Prokurorluğunda aparılan istintaq davam edir.
News24.az xəbər verir ki, istintaq çərçivəsində edilən etirazlar və faktla bağlı aparılan əlavə araşdırmalar nəticəsində daha əvvəl növbətçi məhkəmə tərəfindən “ev həbsi” şəklində nəzarət tədbiri tətbiq edilən hotel sahibi, həmçinin ölkədən çıxışına qadağa qoyulan hotel əməkdaşı həbs edilib.
Xatırladaq ki, Almaniyadan Türkiyəyə gələn dördnəfərlik Böcek ailəsi noyabrın 12-də qaldıqları hoteldə vəziyyətləri pisləşdiyi üçün xəstəxanaya aparılıblar. Əvvəlcə ailənin 2 azyaşlı övladı və anaları, daha sonra isə ailə başçısı həyatını itirib. Məhkəmə-tibbi ekspertizanın ilkin nəticələrinə əsasən, ailə hoteldə aparılan dərmanlama səbəbindən zəhərlənərək həyatını itirib.