Ajda Pekkan bir saat üçün bu qədər pul ödədi
Dünya
80 yaşlı türkiyəli müğənni Ajda Pekkan qolunda daşıdığı və xüsusi istehsal olduğu bildirilən, təxminən 5 milyon türk lirəsi (təxminən 6 000 manat) dəyərində saatla gündəmə gəlib.
News24.az xəbər verir ki, Türkiyənin ən varlı məşhurları sırasında göstərilən Ajda Pekkan böyük sərvəti və bahalı daşınmaz əmlakları ilə tez-tez gündəmə gəlir.
Məlumata görə, müğənninin sərvətinin 70 milyon dollara çatdığı iddia olunur. O, müxtəlif bahalı villalara və malikanələrə sahibdir. Pekkan ötən il də 8,6 milyon dollar qiymət qoyduğu dəbdəbəli malikanəsi ilə gündəmə gəlmişdi.
Bu dəfə isə onun dəbdəbəli seçimləri arasında bahalı saatı diqqət çəkib.
“Takvim” qəzetinin yazdığı məlumata görə, qazancının bir hissəsini daşınmaz əmlaka və zinət əşyaları kimi dəyərli yatırımlara yönəldən Ajda Pekkan saat kolleksiyasına yeni və nadir model əlavə edib. Müğənninin kolleksiyasında 12 saat olduğu bildirilir.
Ajda Pekkanın dünyaca məşhur bir markanın xüsusi istehsal etdiyi, 5 milyon türk lirəsi (təxminən 6 000 manat) dəyərində olan saatı aldığı və bununla da kolleksiyasını genişləndirdiyi qeyd edilir.
Məlumatda saatın markasının adı açıqlanmayıb. (Yeni Sabah)