Albaniya parlamentində etirazlara görə gərginlik yarandı

Albaniya parlamentində  etirazlara görə gərginlik yarandı Dünya

Albaniya parlamentində tələbə etirazları ilə bağlı gərginlik yaşanıb.

News24.az xəbər verir ki, müxalifət deputatları polisin etirazçılara qarşı zorakılıq etdiyini bildiriblər.

Müxalifət lideri Sali Berişa baş verənlərə görə hökuməti günahlandırıb. Onun çıxışı zamanı deputatlar tüstü bombaları və fişənglərdən istifadə edərək parlamentin kürsüsünü bağlayıblar.

Hadisədən sonra parlamentin iclası təxirə salınıb. Fasilədən sonra məsələlər müzakirə edilmədən səsverməyə çıxarılıb.

Albaniyada oktyabrın 13-dən davam edən etirazlarda tələbələr təhsil şəraitinin yaxşılaşdırılmasını tələb edirlər. Onlar aksiyaları davam etdirəcəklərini bildiriblər