Albaniyada deputatlar əlbəyaxa davaya çıxdılar - VİDEO
Dünya
Albaniya Parlamentinin üzvləri kütləvi davaya əl atıblar.
News24.az xəbər verir ki, yayılan görüntülərdə müxalifət millət vəkillərinin masalardan mikrofonları qoparması, əşyalar atması və hakim partiyanın üzvləri ilə birbaşa qarşıdurmaya girməsi görülür. Məlumata görə, dava müxalifətin etirazlarda iştirak edən və polis tərəfindən yaralanan tələbələrin fotoşəkillərini nümayiş etdirərək parlamentin iclasını bloklamağa çalışmasından sonra başlayıb.