Aldığı kompüter işləmədi, satıcını oğurlayıb ölürmək istədi

Aldığı kompüter işləmədi, satıcını oğurlayıb ölürmək istədi Dünya

Rusiyada Moskva sakini işləməyən kompüter satan şəxsi qaçıraraq şəhərdən kənara aparıb və onu diri-diri yandırmaqla hədələyib.

News24.az xəbər verir ki, hadisə kişinin 12 min rubla sistem bloku alması ilə başlayıb. Lakin kompüter işləməyib və satıcı sonradan onun zənglərinə cavab verməyib.

Bundan sonra alıcı tanışından satıcı ilə yenidən görüş təyin etməsini xahiş edib. O, guya kompüter almaq istədiyini bildirib.

Satıcı görüşə gələndə onu hədələyərək avtomobilə mindiriblər və şəhərdən kənara aparıblar. Yolda zərərçəkmişi təhqir edib, öldürməklə hədələyiblər.

Daha sonra qaçıran şəxs satıcıdan 12 min rubl köçürməsini və özü ilə gətirdiyi yeni kompüteri də verməsini tələb edib. Kişi tələblərə tabe olub, bundan sonra hücum edənlər hadisə yerindən uzaqlaşıblar.

Satıcı daha sonra polisə müraciət edib.

Məhkəmə nəticəsində təqsirləndirilən şəxs adam oğurluğu və quldurluq ittihamları ilə 6 il müddətinə ciddi rejimli cəzaçəkmə müəssisəsinə məhkum edilib. /RİA/