Alimlər 2 iyul tarixi ilə bağlı xəbərdarlıq etdi
Dünya
Dünən gecə Günəşdə baş vermiş ən yüksək “X” sinifli alışma Yer kürəsində güclü maqnit qasırğasına səbəb olacaq.
News24.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.
"Bu halda ən yüksək səviyyəli maqnit qasırğaları və radiasiya fırtınaları gözlənilmir. Hətta ən yüksək səviyyədən əvvəlki G4 səviyyəsinə çatılması da çətin görünür. Lakin G3 kateqoriyalı (güclü) hadisələrin baş verməsi qaçılmazdır", - deyə məlumatda bildirilib.
Aparılan modelləşdirməyə əsasən, alışma nəticəsində yaranan plazma axını iyulun 2-də Yerə çatacaq.
Alimlər qeyd ediblər ki, gözlənilən maqnit qasırğası bu ilin mart ayından bəri ən güclüsü olacaq.